The Pirate Bay

The Pirate Bay
Loqonun şəkli
URL thepiratebay.org
Dilləri ingilis dili, isveç dili, Nyunorsk, Bukmol, Danimarka dili, fin dili, İsland dili, alman dili, niderland dili, italyan dili, ispan dili, portuqal dili, fransız dili, braziliya portuqal dili, polyak dili, Macar dili, yunan dili, türk dili, rus dili, Slovak dili, katalan dili, ivrit dili, yapon dili, bolqar dili, Eston dili, ərəb dili, serbcə, Çin dili, çex dili, Sloven dili, ukrayn dili, Malay dili, Benqal dili, Alban dili, xorvat dili
Açılma tarixi 15 sentyabr 2003
Alexa reytinqi
  • 100 (20 noyabr 2017)[1]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

The Pirate Bay (bəzən TPB kimi qısaldılır) — əyləncə mediası və proqram təminatının onlayn rəqəmsal məzmun indeksidir.[2] 2003-cü ildə İsveçin Piratbyrån araşdırma mərkəzi tərəfindən qurulan Pirate Bay ziyarətçilərə BitTorrent protokolu istifadəçiləri arasında peer-to-peer fayl mübadiləsini asanlaşdıran maqnit bağlantıları və torrent faylları arasında axtarma, endirmə və töhfə vermə imkanları yaradır.

Pirate Bay fayl paylaşımı, müəllif hüquqları və vətəndaş azadlıqlarının hüquqi aspektləri ilə bağlı mübahisələrə səbəb oldu və müəyyən edilmiş əqli mülkiyyət qanunlarına qarşı siyasi təşəbbüslər platformasına və müəllif hüquqları əleyhinə hərəkatın mərkəzi fiquruna çevrildi.[3] Veb sayt fəaliyyətini davam etdirmək üçün bir sıra yeni veb ünvanlarına keçərək bir neçə dəfə bağlanma və domenlərin müsadirə olunması halları ilə üzləşdi.[4]

2009-cu ilin aprelində saytın təsisçiləri (Piter Sunde, Fredrik Neyc və Qotfrid Svartholm) İsveçdə Pirate Bay işində müəllif hüquqlarının pozulmasına kömək etməkdə təqsirli bilinərək bir il həbs və cərimə cəzasına məhkum edildilər.[5] Bəzi ölkələrdə internet provayderlərinə (ISP) vebsayta girişi bloklamaq tapşırılıb. Daha sonra proksi saytlar vasitəsi ilə bu saytla giriş əldə olundu.[6][7][8][9][10] Təsisçilər Svartholm, Neyc və Sunde qısamüddətli cəza çəkdikdən sonra 2015-ci ildə azadlığa buraxıldı.[4]

  1. https://web.archive.org/web/20171120173412/https://www.alexa.com/siteinfo/https://thepiratebay.org.
  2. "Pirate Bay hit with legal action". BBC News. 31 January 2008. 9 November 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 August 2016.
  3. Jessica L. Beyer. Expect Us: Online Communities and Political Mobilization. Page 65. Oxford University Press. 3 July 2014. ISBN 9780199330751.
  4. 1 2 Gibbs, Samuel. "Last remaining Pirate Bay founder freed from jail". The Guardian. 2 June 2015. 23 October 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 August 2016.
  5. Ricknäs, Mikael. "Pirate Bay Appeals Looks Set to Start in September". PC World. 11 March 2010. 3 June 2016 tarixində arxivləşdirilib.
  6. Van Der Sar, Ernesto. "Pirate Bay Censorship Backfires as New Proxies Bloom". TorrentFreak. 22 December 2012. 22 April 2014 tarixində arxivləşdirilib.
  7. Gibbs, Samuel. "Swedish police raid sinks The Pirate Bay". The Guardian. 10 December 2014. 23 October 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 December 2014.
  8. Moscaritolo, Angela. "Pirate Bay Apps Yanked From Google Play". PC Magazine. 8 December 2014. 12 January 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 February 2015.
  9. "The Pirate Bay 'breaches' BT's ban of the filesharing site". BBC News. 22 June 2012. 24 March 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 February 2015.
  10. Dredge, Stuart. "Pirate Bay launches own PirateBrowser to evade ISP filesharing blocks". The Guardian. 12 August 2013. 6 January 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 February 2015.

Developed by StudentB